Rusiyadakı erməni pulları Bakıya qarşı planlı kampaniyanı maliyyələşdirib - Baku TV
“Minval Politika”nın əldə etdiyi yeni eksklüziv materiallar Azərbaycana qarşı aparılan informasiya kampaniyasının pərdəarxasını daha aydın göstərir.
Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun etirafları bu prosesin təsadüfi siyasi çıxışlar deyil, planlı və maliyyələşdirilən bir mexanizm olduğunu ortaya qoyur.
Yayılan videogörüntülərdə Okampo açıq şəkildə bildirir ki, fəaliyyətinin ilk mərhələsində maliyyəni erməni mənbələrindən əldə edib. Daha sonra isə bu proses daha sistemli şəkil alıb.
Luis Moreno Okampo deyir:
“Mən ermənilərdən bir az pul aldım. Əvvəlcə bunu təmənnasız etdim, sonra isə Rusiya ermənilərindən ibarət bir qrup daha davamlı kampaniya üçün fond yaratmağa başladı”.
Bu etiraf artıq Azərbaycana qarşı informasiya təzyiqinin arxasında konkret maliyyə resurslarının dayandığını göstərir.
Okamponun sözlərinə görə, söhbət əsasən Rusiyada yaşayan və beynəlxalq biznes əlaqələrinə malik erməni diaspor nümayəndələrindən gedir. Onların əsas şərti anonimlikdir.
Bu isə prosesin, sadəcə, ictimai təşəbbüs deyil, qapalı maliyyə mexanizmləri ilə idarə olunan koordinasiyalı kampaniya olduğunu təsdiqləyir.
Məsələnin diqqətçəkən tərəfi budur ki, Okampo “fəaliyyətinin” qarşılığında alacağı maliyyə vəsaitinin ən azı may ayına qədər təmin olunduğunu da etiraf edir.
Bu tarix də təsadüfi görünmür. Çünki məhz may ayı Ermənistanda parlament seçkiləri öncəsi siyasi mübarizənin ən həssas mərhələsidir.
Daha əvvəl yayılan materiallarda isə Okamponun oğlu Tomasın bu kampaniyanın məqsədlərindən birinin Ermənistanın Baş naziri Nikol Paşinyanın devrilməsi olduğunu deməsi məsələyə tamam başqa ölçü qazandırır.
Belə görünür ki, burada söhbət yalnız Azərbaycana qarşı informasiya hücumundan getmir. Bu həm də Ermənistanın daxili siyasi proseslərinə təsir göstərmək üçün qurulmuş çoxşaxəli təsir mexanizmidir.
Bütün bunlar bir həqiqəti ortaya qoyur: Qərb institutları, diaspor şəbəkələri və Rusiyadan gələn maliyyə axınları vahid platformada birləşərək regionda siyasi manipulyasiya alətinə çevrilib. Bir vaxtlar beynəlxalq hüququn simalarından biri hesab olunan Luis Moreno Okampo isə indi siyasi sifarişlərlə hərəkət edən lobbi fiquru kimi görünür.
Тег #Luis Moreno Okampo используется
- Okamponun etiraflarla dolu şok videosu: Avropanın gizli oyunları belə ifşa edildi - Baku TV
- Okampo illər sonra boynuna aldı | Ermənistan bunu edib!
- Onları qul kimi işlədib... | QAİ-dən erməni diasporu və Okampoya sərt reaksiya
- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Luis Morenoya cavab
- Tanınmış hüquqşünas Okamponu susdurdu
