Şahin Mustafayev "Yengicə" və "Əlicançay" layihələrindən danışdı - Baku TV
“Möhtərəm cənab Prezident, müvafiq sərəncamlarınıza uyğun olaraq Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Baş nazirin müavini Şahin Mustafayev deyib.
“Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcək. “Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcək”, – deyə o qeyd edib.
Тег #İlham Əliyev используется
- İlham Əliyevə Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı adı verildi - Baku TV
- Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər Prezidentin qəbulunda
- Avropa yarışlarında idmançılarımıza qarşı ədalətsizlik niyə çox olur? - Baku TV
- “Çox nümunə var ki...” | Prezident idmançıların gündəlik həyatda davranışlarından danışdı - Baku TV
- Prezident İlham Əliyev qadın güləşinin inkişafı barədə nələri açıqladı? - Baku TV
