Выбрать плеер:
Azərbaycanda istehsala başlamağa hazırıq | Andrey Babiş - Baku TV
Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var.
Bunu Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə Qəbələdə mətbuata bəyanatında bildirib.
“ŞKODA Daşımalar” ölkəmizin, bəlkə də ən iri iqtisadi “PPF Qrupu”nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, sizin insanlarınızla işləməyə hazırdır”, – deyə o qeyd edib.
Скопировано
