Выбрать плеер:

Xarici işlər naziri qondarma “erməni soyqırımı” ilə bağlı bəyanata reaksiya verib - Baku TV

26 апреля 2026 56 просмотров

Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.

Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında bildirib.

O qeyd edib ki, ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.

“Sizin təhrikedici bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları siyasi məqsədlər üçün təhrif edir. 2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkət edib. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri 30 il davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələndi.

“Qovulma” iddiaları isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır. Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzdən gələrək birtərəfli narrativləri təbliğ edir. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”, – deyə XİN rəsmisi vurğulayıb.

Скопировано
Azərbaycanda istehsala başlamağa hazırıq | Andrey Babiş - Baku TV

Azərbaycanda istehsala başlamağa hazırıq | Andrey Babiş - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
Ölkəmizin əhəmiyyətini dünya liderləri etiraf edirlər - Baku TV

Ölkəmizin əhəmiyyətini dünya liderləri etiraf edirlər - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
Azərbaycan-Çexiya biznes-forumunda imzalanan sənədlər mübadilə edilib - Baku TV

Azərbaycan-Çexiya biznes-forumunda imzalanan sənədlər mübadilə edilib - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
İlham Əliyev Azərbaycan-Çexiya iqtisadi əlaqələrindən danışdı - Baku TV

İlham Əliyev Azərbaycan-Çexiya iqtisadi əlaqələrindən danışdı - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
İlham Əliyev Azərbaycan və Çexiya arasındakı əməkdaşlıq barədə hansı mesajları verdi? - Baku TV

İlham Əliyev Azərbaycan və Çexiya arasındakı əməkdaşlıq barədə hansı mesajları verdi? - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - Baku TV

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
Qəbələdə İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib

Qəbələdə İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib

Siyasət
27 апреля 2026 56 просмотров
İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü

Siyasət
27 апреля 2026 56 просмотров
İlham Əliyevin adından Çexiyanın Baş naziri Andrey Babişin şərəfinə rəsmi lanç verilib - Baku TV

İlham Əliyevin adından Çexiyanın Baş naziri Andrey Babişin şərəfinə rəsmi lanç verilib - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
Qəbələdə Prezident İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirildi - Baku TV

Qəbələdə Prezident İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirildi - Baku TV

Siyasət
27 апреля 2026 56 просмотров
Выбранные
icon