Выбрать плеер:

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

21 сентября 2026 32 просмотров

İran müharibənin bütün cəbhələrdə dayandırılması, dondurulmuş aktivlərinin azad edilməsi və dəniz blokadasına son qoyulmasını tələb edir. Vaşinqtonun bu şərtlərə münasibəti və tərəflərin mümkün kompromisi müzakirə mövzusu olaraq qalır.

Siyasi şərhçi Elnur Ənvəroğlunun sözlərinə görə, İran və ABŞ arasında gərginliyə baxmayaraq, danışıqlar üçün imkan mövcuddur:

“Vəziyyət gərgin olsa da, eskalasiya idarə olunan səviyyədədir. Həm Amerika Birləşmiş Ştatları, həm də İran tərəfindən danışıqlar üçün müəyyən iradə görürük”.

Ekspert bildirib ki, tərəflər arasında mümkün razılaşma birdən-birə deyil, mərhələli şəkildə əldə oluna bilər. Onun fikrincə, dondurulmuş İran aktivlərinin qaytarılması, sanksiyaların yumşaldılması və nüvə məsələsində qarşılıqlı razılaşma danışıqların əsas istiqamətləri ola bilər.

E.Ənvəroğlu qeyd edib ki, İranın ABŞ-yə münasibətində əvvəlki razılaşmalarla bağlı yaranmış etimadsızlıq da nəzərə alınmalıdır:

“İranda Amerikaya qarşı skeptik yanaşma mövcuddur. Buna görə də bundan sonrakı proseslərdə qarşılıqlı təminatlar və mərhələli razılaşmalar mühüm əhəmiyyət daşıyacaq”.

Ekspert müharibənin uzanmasının regional və qlobal iqtisadi nəticələrinə də diqqət çəkib. Onun sözlərinə görə, xüsusilə Hörmüz boğazındakı gərginlik enerji bazarlarına ciddi təsir göstərə bilər:

“Müharibə uzanacaqsa, bu, təkcə İran və ABŞ arasında deyil, regional gərginliyə gətirib çıxara bilər. Bunun həm İran, həm də ABŞ üçün uzunmüddətli müsbət nəticələri olmayacaq”.

E.Ənvəroğlunun fikrincə, mümkün liderlər görüşü tərəflər arasında dərhal yekun razılaşma yaratmasa da, gərginliyin azaldılması üçün yeni imkanlar aça bilər:

“Birdən-birə hər hansı nailiyyət əldə etmək mümkün deyil. Lakin iqtisadi və siyasi baxımdan gərginliyin azaldılması və regionda nisbi sakitliyin yaranması naminə tərəflərin ortaq razılaşmaya gəlməsi mümkündür”.

Скопировано
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 сентября 2026 32 просмотров
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 сентября 2026 32 просмотров
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 сентября 2026 32 просмотров
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 сентября 2026 32 просмотров
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 сентября 2026 32 просмотров
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 сентября 2026 32 просмотров
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 сентября 2026 32 просмотров
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 сентября 2026 32 просмотров
Azərbaycan XİN Pakistana başsağlığı verib - Baku TV

Azərbaycan XİN Pakistana başsağlığı verib - Baku TV

Siyasət
20 сентября 2026 32 просмотров
Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ

Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ

Siyasət
20 сентября 2026 32 просмотров
Выбранные
icon