Siyasət
Выбрать плеер:

Xalqımız sıxışdırılır | Yeni Kaledoniya XİN rəhbərindən çağırış

24 мая 2024

Mayın 24-də Fransanın "L`Humanite" (LÜMANİTE) jurnalında Yeni Kaledoniyanın xarici işlər naziri Mişel Forestin müsahibəsi dərc olunub.

Nazir qeyd edib ki, Yeni Kaledoniya 1986-cı ildən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında yer alır.

BMT Baş Assambleyası hər il Yeni Kaledoniya, habelə Fransız Polineziyasının dekolonizasiyası ilə əlaqədar qətnamələr qəbul edir. Yeni Kaledoniyadakı vəziyyəti tənzimləyən Numea Sazişinə görə, BMT bu prosesi yaxından izləməlidir.

Xarici işlər naziri BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin dəvəti ilə Venesuelada bu günlərdə baş tutmuş regional tədbirində iştirakını xatırladaraq Yeni Kaledoniyada cərəyan edən iğtişaşlar barədə tədbir iştirakçılarını məlumatlandırdığını, vəziyyətin yerində düzgün qiymətləndirilməsi üçün Yeni Kaledoniya hökumətinin BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsindən əraziyə missiya göndərməsini xahiş etdiyini bildirib.

2015-ci ildən bəri 9 belə missiyanın təşkil edildiyini bildirən nazir Fransa dövləti tərəfindən təşkil edilən seçki saxtakarlığını pislədiklərini vurğulayıb.

"Fransa metropoliyasından insanların kütləvi şəkildə gətirilməsi seçkilərin saxtalaşdırılması, yerli kanak xalqının sıxışdırılması ilə nəticələnir", – deyə nazir əlavə edib.

“Fransanın beynəlxalq hüququ pozduğunu” deyən Forest Kanaki-Yeni Kaledoniya məsələsinin Fransanın daxili işi olmadığını bildirib. O, qarşıdakı günlərdə Yeni Kaledoniyanı dəstəkləyən parlament üzvləri ilə görüş keçirmək üçün Avropaya səfər edəcəyini diqqətə çatdırıb.

Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərlə bağlı Sakit Okean Adaları Forumu, Papua-Yeni Qvineya, Melaneziya Təşəbbüs Qrupu və digər ölkələr, beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin göstərildiyini əlavə edib.

Sonda M.Forest Yeni Kaledoniya və Azərbaycan arasındakı münasibətlərə dair verilən suala cavab olaraq bildirib ki, Yeni Kaledoniya hökumətinin heç bir ölkə ilə problemi yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının sədri olub. Hərəkat hər zaman bizi dəstəkləyib və bizim orada müşahidəçi statusumuz var.

Скопировано
Pakistanla Azərbaycan arasında vacib zəng | Nələr müzakirə edildi?

Pakistanla Azərbaycan arasında vacib zəng | Nələr müzakirə edildi?

Siyasət
16 июня 2024
Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib

Siyasət
16 июня 2024
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

Siyasət
16 июня 2024
Bütün azərbaycanlı qardaşlarıma salam və sevgilərimi çatdırıram | Ərdoğan

Bütün azərbaycanlı qardaşlarıma salam və sevgilərimi çatdırıram | Ərdoğan

Siyasət
16 июня 2024
Yayda yağan qar kətan yağı ilə məşğul olanları müflis etdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Yayda yağan qar kətan yağı ilə məşğul olanları müflis etdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 июня 2024
Hakan Fidan Azərbaycan xalqını belə təbrik etdi

Hakan Fidan Azərbaycan xalqını belə təbrik etdi

Siyasət
15 июня 2024
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi

Siyasət
15 июня 2024
Prezidentin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına məktubu

Prezidentin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına məktubu

Siyasət
15 июня 2024
İlham Əliyev Milli Qurtuluş günü münasibəti ilə sosial şəbəkə hesablarında paylaşım edib

İlham Əliyev Milli Qurtuluş günü münasibəti ilə sosial şəbəkə hesablarında paylaşım edib

Siyasət
15 июня 2024
Ermənistan təxribat törətməyə necə qərar verdi? | Siyasi şərhçidən açıqlama

Ermənistan təxribat törətməyə necə qərar verdi? | Siyasi şərhçidən açıqlama

Siyasət
14 июня 2024
Выбранные
icon