Siyasət
Выбрать плеер:

XİN-dən açıqlama | Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanla bağlı hansı qərarı verdi?

13 ноября 2024

Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirilib ki, Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb:

“Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bundan əlavə, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur. Azərbaycanın ilkin etirazlarına gəlincə, Məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir”.

Ayxan Hacızadə həmçinin bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir. Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir.

Daha sonra o əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik.

Скопировано
Belçika Baş nazirinin Bakı bulvarında idman etdiyi anlar

Belçika Baş nazirinin Bakı bulvarında idman etdiyi anlar

Siyasət
13 ноября 2024
İqlim dəyişikliyi ilə bağlı hədəflər | COP29-da hansı təkliflər edilir? - BAKU AKTUAL

İqlim dəyişikliyi ilə bağlı hədəflər | COP29-da hansı təkliflər edilir? - BAKU AKTUAL

Siyasət
13 ноября 2024
Mavi Zonada hansı tədbirlər keçirildi? - Əməkdaşımız məlumatları açıqladı

Mavi Zonada hansı tədbirlər keçirildi? - Əməkdaşımız məlumatları açıqladı

Siyasət
13 ноября 2024
Prezidentdən AŞPA ilə bağlı sərt mesajlar | İşlərimizə müdaxilə etməyin!

Prezidentdən AŞPA ilə bağlı sərt mesajlar | İşlərimizə müdaxilə etməyin!

Siyasət
13 ноября 2024
Ayxan Hacızadə ABŞ ilə münasibətlərin gələcəyi və yaşıl enerjiyə keçid planlarından danışdı

Ayxan Hacızadə ABŞ ilə münasibətlərin gələcəyi və yaşıl enerjiyə keçid planlarından danışdı

Siyasət
13 ноября 2024
Prezident bu ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırdı

Prezident bu ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırdı

Siyasət
13 ноября 2024
Macarıstanın Baş naziri Viktor Orban COP29-la bağlı gözləntilərini açıqladı

Macarıstanın Baş naziri Viktor Orban COP29-la bağlı gözləntilərini açıqladı

Siyasət
13 ноября 2024
Xəzər dənizi təhlükə altında | Ayxan Hacızadə Ermənistanla bağlı xəbərdarlıq etdi

Xəzər dənizi təhlükə altında | Ayxan Hacızadə Ermənistanla bağlı xəbərdarlıq etdi

Siyasət
13 ноября 2024
XİN sözçüsü Ermənistanın COP29-da iştirakı ilə bağlı suallara aydınlıq gətirdi

XİN sözçüsü Ermənistanın COP29-da iştirakı ilə bağlı suallara aydınlıq gətirdi

Siyasət
13 ноября 2024
“Taliban” rəsmisindən Qarabağ açıqlaması | COP29-un üçüncü günü | Ağ Evdə vacib görüş - SALAM BAKU

“Taliban” rəsmisindən Qarabağ açıqlaması | COP29-un üçüncü günü | Ağ Evdə vacib görüş - SALAM BAKU

Siyasət
13 ноября 2024
Выбранные
icon