Выбрать плеер:
XİN-dən Azərbaycanın Sülh Şurasına üzv olması ilə bağlı açıqlama - Baku TV
"ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycan Respublikasını təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib".
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır", – deyə XİN-in məlumatında qeyd olunub.
Скопировано
