Zaxarovadan azərbaycanlıların qətli və "Sputnik Azərbaycan"la bağlı son dəqiqə açıqlaması
“Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, bu əlaqələri pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, “Sputnik Azərbaycan” haqqında da danışıb.
Zaxarovanın sözlərinə görə, agentliyin işi ilə bağlı Azərbaycanda problem olmayıb: “Bu illər ərzində həm Rusiya, həm də Azərbaycan vətəndaşları orada çalışıb və bu fəaliyyətə irad tutulmayıb”.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyi “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı ‒ “Sputnik Azərbaycan”ın 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında araşdırmalara başlayıb.
“Sputnik Azərbaycan” İnformasiya Agentiliyinin ofisində polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.
