Siyasət
Выбрать плеер:

Zaxarovadan Ermənistana mesaj

18 апреля 2024

“Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Aydın məsələdir ki, Vaşinqton və Brüsseldə Rusiya və Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri pozmaq, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin mexanizmlərini korlamaq məqsədi qoyulub.

Qərb ölkələri Cənubi Qafqazda yaxın qonşuların arasını vurmağa çalışır və burada Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Avropa İttifaqının sadəcə alətidir”, – o qeyd edib.

M.Zaxarova Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşündə qəbul edilən sənədi də şərh edib:

“Sənəddə rus sülhməramlılarının ABŞ, Aİ və NATO mütəxəssisləri ilə əvəz olunması, amerikalıların və ittifaqın Ermənistan sərhədində Azərbaycan və İrana qarşı pozucu fəaliyyətinin genişləndirilməsi, eləcə də Ermənistanın kritik əhəmiyyət kəsb edən infrastruktur və enerji sisteminin təkrar yönləndirilməsi nəzərdə tutularsa, buna təəccüblənmərik.

Həqiqətən, ABŞ və Aİ nümayəndələri aktiv şəkildə bu fikirləri İrəvana təlqin ediblər. Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir. Qərb Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyir. Çünki onlar ancaq bunu etməyi bacarırlar.

Qərb Ermənistanı milli olan hər şeydən məhrum etmək istəyir. Məqsədlərinə çatandan sonra isə Ermənistanı meydanda tək qoyacaqlar”.

Скопировано
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

Siyasət
02 мая 2024
Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, nə baş verər? - BAKU ANALİTİK

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, nə baş verər? - BAKU ANALİTİK

Siyasət
02 мая 2024
Yeni Kaledoniyadan Azərbaycan Prezidentinə böyük rəğbət

Yeni Kaledoniyadan Azərbaycan Prezidentinə böyük rəğbət

Siyasət
02 мая 2024
Kəndlərin Azərbaycana qaytarılmasına qarşı etirazlar | 31 radikal saxlanıldı

Kəndlərin Azərbaycana qaytarılmasına qarşı etirazlar | 31 radikal saxlanıldı

Siyasət
02 мая 2024
BTQ-nin fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var | Abbas Abbasov

BTQ-nin fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var | Abbas Abbasov

Siyasət
02 мая 2024
300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?

300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?

Siyasət
02 мая 2024
Mədəniyyətlərarası forumun iştirakçısı dünyaya çağırış etdi

Mədəniyyətlərarası forumun iştirakçısı dünyaya çağırış etdi

Siyasət
02 мая 2024
Frankofoniyanın Qarabağda nə işi var idi? | Separatizm “toxumu”

Frankofoniyanın Qarabağda nə işi var idi? | Separatizm “toxumu”

Siyasət
02 мая 2024
Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri

Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri

Siyasət
02 мая 2024
ABŞ-dən Azərbaycana qarşı qərəzli çağırış | Qarabağdan köçən ermənilərə 200 milyon…

ABŞ-dən Azərbaycana qarşı qərəzli çağırış | Qarabağdan köçən ermənilərə 200 milyon…

Siyasət
02 мая 2024
Выбранные
icon