Выбрать плеер:

Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

02 июня 2026 81 просмотров

"OpenAI" şirkətinin rəhbəri Sem Altman bildirib ki, süni intellektin sürətli inkişafı və tətbiqi "qlobal əmək bazarı apokalipsisi"nə – kütləvi işsizliyə səbəb olmayacaq.

O bu fikirləri Avstraliyanın Sidney şəhərində keçirilən "Commonwealth Bank of Australia" konfransına videobağlantı vasitəsilə qatılarkən səsləndirib.

S.Altman qeyd edib ki, əvvəlki gözləntilərinin əksinə olaraq, süni intellekt hələlik ofis işlərində başlanğıc səviyyəli vəzifələrdə düşündüyü qədər böyük ixtisarlara yol açmayıb.

Onun sözlərinə görə, süni intellekt bir çox sahələrdə daha aktiv rol oynasa da, iş prosesində "insani faktor" hələ də əvəzolunmaz olaraq qalır.

Şirkət rəhbəri maraqlı bir nümunə də gətirib. O, "Slack" mesajlarına və elektron poçtlara cavab vermək üçün şəxsən süni intellektdən istifadə etməyə çalışdığını, lakin daha sonra yenidən bu işi özü görməyə qərar verdiyini etiraf edib. S.Altman buna səbəb kimi iş mühitində canlı insan ünsiyyətinin vacibliyini göstərib.

O sonda bir daha vurğulayıb ki, bəzi analitik şirkətlərin proqnozlaşdırdığı kimi yaxın gələcəkdə kütləvi işsizlik apokalipsisi gözlənilmir.

Скопировано
Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Texnologiya
04 июня 2026 81 просмотров
Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Texnologiya
04 июня 2026 81 просмотров
ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

Texnologiya
04 июня 2026 81 просмотров
Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Texnologiya
25 мая 2026 81 просмотров
Süni intellektə qarşı narazılıqlar niyə artır?

Süni intellektə qarşı narazılıqlar niyə artır?

Texnologiya
21 мая 2026 81 просмотров
Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Texnologiya
19 мая 2026 81 просмотров
Hansı hallarda yeni smartfon almaq daha məqsədəuyğundur?

Hansı hallarda yeni smartfon almaq daha məqsədəuyğundur?

Texnologiya
14 мая 2026 81 просмотров
Simsiz qulaqlığa görə insanı elektrik cərəyanı vura bilər?

Simsiz qulaqlığa görə insanı elektrik cərəyanı vura bilər?

Texnologiya
11 мая 2026 81 просмотров
"ChatGPT" istifadəçiləri etibar etdikləri şəxsi seçə biləcəklər

"ChatGPT" istifadəçiləri etibar etdikləri şəxsi seçə biləcəklər

Texnologiya
11 мая 2026 81 просмотров
Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Texnologiya
09 мая 2026 81 просмотров
Выбранные
icon