Выбрать плеер:

Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

25 мая 2026 197 просмотров

Karlsrue Texnologiya İnstitutunun almaniyalı tədqiqatçıları ənənəvi "Wi-Fi" siqnallarından istifadə edərək insanları, demək olar ki, 100 faiz dəqiqliklə tanımağa imkan verən yeni üsul kəşf ediblər.

Mütəxəssislərin sözlərinə görə, radiodalğaların əks olunmasının təhlili həm ətraf mühitin, həm də orada olan şəxslərin "təsvirini" formalaşdırmağa imkan verir. Bu halda şəxsin tanınması üçün üzərində hər hansı aktiv cihazın olması şərt deyil – hətta söndürülmüş telefon belə izlənilmədən qorunmağa zəmanət vermir.

"Radiodalğaların yayılmasını izləməklə biz mühitin və oradakı insanların vizual modelini yarada bilirik. Bu, işıq dalğaları əvəzinə radiodalğalardan istifadə edən adi kamera kimi fəaliyyət göstərir. Bu səbəbdən üzərinizdə "Wi-Fi" cihazının olub-olmamasının heç bir fərqi yoxdur", – deyə almaniyalı professor Torsten Ştrufe bildirib.

Bu sistem ruterlər və onlara qoşulan cihazlar arasındakı standart rabitə protokolları əsasında işləyir. Şüa formalaşdırma məlumatları şifrələnməmiş şəkildə ötürüldüyü üçün şəbəkənin əhatə dairəsində olan hər kəs potensial olaraq onları ələ keçirə bilər. Modelin öyrədilməsindən sonra şəxsiyyətin müəyyən edilməsi prosesi cəmi bir neçə saniyə çəkir.

"Əgər siz davamlı olaraq "Wi-Fi" şəbəkəsi olan hər hansı bir kafenin yanından keçirsinizsə, orada xəbəriniz olmadan sizin kimliyinizi müəyyənləşdirə bilərlər", – deyə tədqiqat qrupunun təmsilçisi Yulian Todt xəbərdarlıq edib.

Alimləri ən çox narahat edən məqam da bu texnologiyanın hər bir ruteri potensial müşahidə vasitəsinə çevirməsidir.

Скопировано
Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Texnologiya
04 июня 2026 197 просмотров
Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Texnologiya
04 июня 2026 197 просмотров
ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

Texnologiya
04 июня 2026 197 просмотров
Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Texnologiya
02 июня 2026 197 просмотров
Süni intellektə qarşı narazılıqlar niyə artır?

Süni intellektə qarşı narazılıqlar niyə artır?

Texnologiya
21 мая 2026 197 просмотров
Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Texnologiya
19 мая 2026 197 просмотров
Hansı hallarda yeni smartfon almaq daha məqsədəuyğundur?

Hansı hallarda yeni smartfon almaq daha məqsədəuyğundur?

Texnologiya
14 мая 2026 197 просмотров
Simsiz qulaqlığa görə insanı elektrik cərəyanı vura bilər?

Simsiz qulaqlığa görə insanı elektrik cərəyanı vura bilər?

Texnologiya
11 мая 2026 197 просмотров
"ChatGPT" istifadəçiləri etibar etdikləri şəxsi seçə biləcəklər

"ChatGPT" istifadəçiləri etibar etdikləri şəxsi seçə biləcəklər

Texnologiya
11 мая 2026 197 просмотров
Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Texnologiya
09 мая 2026 197 просмотров
Выбранные
icon