Выбрать плеер:

Süni intellektə qarşı narazılıqlar niyə artır?

21 мая 2026 211 просмотров

ABŞ-də süni intellekt şirkətləri və məlumat mərkəzlərinə qarşı etirazlar güclənməkdə davam edir.

Yüksək enerji sərfiyyatı, elektrik qiymətlərinin artması, iş yerlərinin itirilməsi qorxusu və uşaqlara təsirlə bağlı narahatlıqlar səbəbindən ölkədə etiraz aksiyaları genişlənib.

"The Wall Street Journal"ın məlumatına görə, xüsusilə böyük enerji istehlak edən məlumat mərkəzləri yerli əhali və ekoloqların ciddi narazılığına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, insanlar süni intellektin gələcəkdə iş yerlərini azalda biləcəyindən ehtiyat edirlər. Valideynlər isə bu texnologiyanın təhsil sistemi və uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcəyini düşünürlər.

Bəzi bölgələrdə etirazlar zorakılıq hallarına da çevrilib. Məlumata görə, ötən ay "OpenAI" rəhbəri Sem Altmanın San-Fransiskodakı evinə "Molotov kokteyli" atılıb. Hücum edən şəxsin üzərindən süni intellekt əleyhinə manifest tapıldığı bildirilib.

Qeyd olunur ki, etirazlar səbəbindən ümumi dəyəri 156 milyard dollar olan 48 məlumat mərkəzi layihəsi gecikdirilib və ya dayandırılıb.

Texnologiya şirkətləri isə artan narazılıqlar fonunda ictimai dəstəyi gücləndirmək üçün geniş reklam və PR kampaniyalarına başlayıblar.

Скопировано
Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Texnologiya
04 июня 2026 211 просмотров
Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Texnologiya
04 июня 2026 211 просмотров
ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

Texnologiya
04 июня 2026 211 просмотров
Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Texnologiya
02 июня 2026 211 просмотров
Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Texnologiya
25 мая 2026 211 просмотров
Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Texnologiya
19 мая 2026 211 просмотров
Hansı hallarda yeni smartfon almaq daha məqsədəuyğundur?

Hansı hallarda yeni smartfon almaq daha məqsədəuyğundur?

Texnologiya
14 мая 2026 211 просмотров
Simsiz qulaqlığa görə insanı elektrik cərəyanı vura bilər?

Simsiz qulaqlığa görə insanı elektrik cərəyanı vura bilər?

Texnologiya
11 мая 2026 211 просмотров
"ChatGPT" istifadəçiləri etibar etdikləri şəxsi seçə biləcəklər

"ChatGPT" istifadəçiləri etibar etdikləri şəxsi seçə biləcəklər

Texnologiya
11 мая 2026 211 просмотров
Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Texnologiya
09 мая 2026 211 просмотров
Выбранные
icon