Pleyeri seçin:

1 milyona yaxın pul necə leqallaşdırılıb? - Gizli fəaliyyət göstərən QHT

10 aprel 2025 958 baxış

Baku TV-nin redaksiyasına ölkə ərazisində gizli fəaliyyətlər planlaşdıran və bu səbəblə də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşən, barələrində araşdırma başladılan bir sıra yerli QHT-lər və onların rəhbərləri, həmçinin bəzi xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkarlanan cinayət xarakterli qanun pozuntularına dair etibarlı mənbələrdən məlumatlar daxil olub.

Mənbənin kanala bildirdiyinə görə, fiziki şəxs qismində dövlət qeydiyyatından keçən bəzi şəxslər qanunvericiliyə zidd olaraq donor kimi qeydiyyatdan keçmədən, "xidmət müqavilələri" adı altında beynəlxalq təşkilatlarda müxtəlif məbləğlərdə qrant vəsaitlərini rəsmiləşdirməyə nail olublar. Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, bu yolla xeyli miqdarda qrant vəsaitləri əldə edilib və həmin vəsaitlə əldə edilmiş əmlaklar leqallaşdırılıb. Ümumilikdə söhbət təxminən 700 min manata yaxın vəsaitdən gedir.

Araşdırmalar zamanı məlum olub ki, bu yolla Əhməd Abbas oğlu Məmmədzadə ABŞ-nin Şərq-Qərb İdarəçilik İnstitutu ("East-West Management Institute (INC)") ilə 2013-2023-cü illər ərzində ən azı 268 min 632 manat, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib İbad oğlu Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşməklə "Azərbaycanda şəffaflıq tərəfdaşlığı" mövzusunda Azərbaycan Respublikasında həyata keçirilən qrant layihəsi üzrə "Transparency International" təşkilatının Azərbaycan bölməsi ilə 2017-ci il ərzində ən azı 32 min 051 manat, Samux rayon İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edən Asəf Vahid oğlu Əhmədov ABŞ-nin Alman Marşal Fondu və "Family Health International" ("FHI360") Humanitar təşkilatı ilə 2022-2024-cü illər ərzində ən azı 105 min 423 manat, "Gender Port" MMC-də bölmə rəhbəri işləyən Nərgiz Ağarazı qızı Muxtarova ABŞ-nin "Mercy Corps" Qlobal Humanitar təşkilatı ilə 2023-2024-cü illər ərzində ən azı 151 min 459 manat, Ağazadə Aytac Elxan qızı ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində ən azı 85 min 867 manat, qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirib.

Redaksiyaya daxil olan məlumata görə, bununla əlaqədar olaraq bu il aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin "cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma", "ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə" və "vəzifə saxtakarlığı" maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 958 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 958 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 958 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 958 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 958 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 958 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 958 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 958 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 958 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 958 baxış
Seçilmişlər
icon