60 ölkə bu təlimdə iştirak edir | "AMAN-25" çoxmillətli dəniz təliminin məqsədi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk “AMAN” Dialoqunda ölkəmizi Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.
“Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb.
Qeyd edək ki, sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən “AMAN-25” çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.
#Hərbi Dəniz Qüvvələri teqi istifadə olunub
- Putin amerikalılarla nə danışdı? | Heqset İranı hədələdi | Hava kəskin dəyişəcək - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb - Baku TV
- İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi
- Məşhəddə “Bəsic” üzvlərinə atəş açılıb
- Almaniya Şimali Atlantikada mövqeyini belə gücləndirir
