Almaniya Şimali Atlantikada mövqeyini belə gücləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya müttəfiqlərini dəstəkləmək məqsədilə Şimali Atlantikada hərbi dəniz qüvvələrini gücləndirir.
“Tagesschau” xəbər xidmətinin yaydığı məlumata görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Sinqapura səfəri zamanı açıqlamasında deyib.
O bildirib ki, Böyük Britaniyanın “HMS Dragon” gəmisini Aralıq dənizinə göndərməsi ilə əlaqədar Almaniyanın “Sachsen” freqatı NATO-nun daimi dəniz qrupunun flaqman gəmisi kimi fəaliyyət göstərəcək.
Pistorius bu məsələnin britaniyalı həmkarı ilə müzakirə olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Böyük Britaniya “HMS Dragon” gəmisini İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda Aralıq dənizinin şərq hissəsinə göndərib. Kiprdə yerləşən Britaniya hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücumdan sonra NATO ölkələri – Böyük Britaniya və Fransa regiondakı hərbi mövcudluqlarını artırıb.
#Almaniya teqi istifadə olunub
- Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər
- Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI
- Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər
- Almaniya kəşfiyyatı sərt danışdı | Moskva Avropanı necə hədəf alır? - Baku TV
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
