ABŞ-dən Azərbaycana qarşı qərəzli çağırış | Qarabağdan köçən ermənilərə 200 milyon…
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin 66 konqresmeni Nümayəndələr Palatasının Təxsisatlar Komitəsini Qarabağdan köçən ermənilərə 200 milyon dollar ayırmağa, ABŞ-nin Ermənistana hərbi yardımını artırmağa, Azərbaycana bütün hərbi və təhlükəsizlik təxsisatlarını dayandırmağa və azərbaycanlı “hərbi cinayətkarlara” qarşı sanksiyaların tətbiqini araşdırmağa çağırıb.
Bu barədə Ay Data (ANKA) Komissiyasından məlumat verilib.
Məlumata görə, sözügedən məktub Nümayəndələr Palatasının Xarici Əməliyyatlar üzrə Təxsisatlar Alt Komitəsinin sədri Mario Diaz-Ballarta və konqresmen Barbara Liyə göndərilib.
Qeyd edək ki, ABŞ Konqresinin bəzi üzvləri erməni lobbisinin tapşırığı ilə Azərbaycana qarşı kampaniyaya başlayıb. Bu sırada Dina Titusun “fəallığı” xüsusi diqqət çəkir.
#ABŞ Konqresi teqi istifadə olunub
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
- Noyabr seçkiləri Tramp administrasiyasının gələcəyini necə dəyişəcək? - Baku TV
- Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM
- Senat Trampa qarşı çıxmadı
- Trampın Türkiyə səfəri İsraili narazı salıb? | Bölgədə vəziyyət necə olacaq? - Baku TV
