ABŞ-dən Ukraynaya növbəti dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-i Xirosimada keçirilən G7 sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb. Bunun ardından ABŞ dövlət başçısı Kiyevə yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.
Məlumata görə, ümumilikdə Ukrayna 375 milyon dollara qədər vəsait alacaq ki, Ukrayna bu vəsaiti döyüş meydanında Rusiyanın müharibəsini dəf etmək üçün istifadə edəcək.
ABŞ-nin yeni yardım paketi:
- HIMARS raketləri üçün əlavə döyüş sursatları
- 155 mm və 105 mm artilleriya mərmiləri
- optik izləmə ilə idarə olunan raketlər
- “JAVELIN” və AT4 tank əleyhinə sistemlər
- lazer yönləndirməli reaktiv sistemlər üçün döyüş sursatları
- partlayıcı sursatlar
- zirehli körpü sistemləri
- zirehli tibbi maşınlar
- ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular
- logistika avadanlıqları
- termal görüntüləmə sistemləri
- ehtiyat hissələri və digər sahə avadanlıqlarından ibarətdir.
Qeyd edək ki, bu yardım paketi 2021-ci ilin avqust ayından bəri Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya 38-ci hərbi texnika ötürülməsidir.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
