Pleyeri seçin:

ABŞ İranı iqtisadi yolla siyasi güzəştə məcbur edəcək? - Baku TV

21 avqust 2026 311 baxış

ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC-yə müsahibəsində İranda rejimi dəyişəcəklərini deyib. Birləşmiş Ştatların İrana iqtisadi təzyiqləri artırmağı planlaşdırdığı bildirilir. Bessentin avqustun 24-də geniş mətbuat konfransı keçirəcəyi gözlənilir.

Politoloq Əziz Əlibəyli ABŞ-nin iqtisadi təzyiqlərlə İranda hədəflərinə çatıb-çatmayacağını şərh edib.

“İranın müqavimət göstərməsinin əsas səbəbi onun daxili istehsalının güclü olması ilə əlaqədardır. İran tələb olunan məhsulların təxminən 80 faizini özü istehsal edə bilir”, – politoloq bildirib.

Onun sözlərinə görə, sanksiyalar İranın hərbi arsenal və xüsusi avadanlıqlar əldə etməsində ciddi problemlər yaradıb:

“İranın maliyyə vahidinin sıradan çıxma prosesi gedir. ABŞ ilə savaşa qədər İran valyutası böyük ölçüdə devalvasiyaya uğramışdı. Bu baxımdan artıq tədavüldə İran valyutası faktiki olaraq öz rolunu itirib”.

Əziz Əlibəyli hesab edir ki, İranın daxili istehsalı və qeyri-rəsmi iqtisadi fəaliyyəti ölkənin ayaqda qalmasına imkan verir:

“İranın güclü daxili istehsalını dəstəkləyən qara iqtisadiyyat, qara ticarət var. İranın ayaqda qalmasını şərtləndirən regional amillər də mövcuddur”.

Politoloq ABŞ-nin iqtisadi təzyiqləri artırmaq qərarını hərbi əməliyyatların nəticələri ilə də əlaqələndirib:

“Hərbi baxımdan İranın hibrid strukturu imkan vermədi ki, dövlət çöksün. Nəticələrin əldə edilməsinə yönəlik iqtisadiyyatın, bəlkə, hərbidən daha təsirli olması nəticəsini artıq Birləşmiş Ştatlarda başa düşməkdədirlər”.

Əziz Əlibəylinin sözlərinə görə, məqsədlərdən biri Hörmüz boğazına nəzarətin təmin olunmasıdır. O, dünya ticarətinin təxminən 25 faizinin bu marşrutdan keçdiyini bildirib.

Politoloq hesab edir ki, İran iqtisadiyyatının zəifləməsi və milli valyutanın sıradan çıxması daxili narazılıqları artırarsa, ABŞ bu yolla İranda siyasi dəyişikliklərə nail olmağa çalışa bilər.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 311 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 311 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 311 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 311 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 311 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 311 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 311 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 311 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 311 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 311 baxış
Seçilmişlər
icon