ABŞ-nin Kolorado ştatında Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Koloradodakı Azərbaycan Diasporunun təşkilatçılığı ilə Denver Universitetində "Khojaly Voices: A Day of Remembrance" adlı tədbir keçirilib.
Anım mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulu Ramiz Daşdəmirov, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan və ABŞ-nin dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanları, ölkəmizin ərazi bütünlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Koloradodakı Azərbaycan Diasporunun rəhbəri Nigar Şıxsəfiyeva bir daha belə faciənin baş verməməsi üçün Xocalı soyqırımının dünyada tanıdılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Xocalı soyqırımının azyaşlı qurbanlarına ithaf olunmuş səhnəcik nümayiş olunub və müxtəlif şeirlər səsləndirilib.
Sonda icma üzvləri Kolorado ştatında Diasporun yeni formalaşmasına baxmayaraq, belə bir tədbirin təşkil olunmasına görə minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, belə tədbirlərin xüsusilə də ABŞ-də keçirilməsi, erməni dezinformasiyalarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
