ABŞ Səfiri: Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması region üçün vacibdir
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması region üçün son dərəcə vacibdir”.
Bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.
ABŞ səfiri vurğulayıb ki, Ermənistan-Azərbaycan danışıqlarında imkanlar pəncərəsinin bağlandığını hesab etmir.
“Danışıqlar prosesinin sabit cədvəlini qurmayacağam. Bütün tərəflərin bölgədəki davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün səylərini iki dəfə artırması zəruridir, çünki bu, insan hüquqları və demokratiyanı qorumaq üçün son dərəcə vacibdir”, – deyə M.Karpenter deyib.
Onun sözlərinə görə, ABŞ-də hesab edirlər ki, Ermənistan və Azərbaycan üçün münasibətlərin nizamlanması son dərəcə vacibdir ki, regionda sülh və sabitlik olsun, nəqliyyat kommunikasiyaları açılsın.
“İnanırıq ki, bu bölgədəki sülh və sabitlik hamının maraqlarına cavab verir. Buna görə də, əlimizdə olan vasitələrlə bu vəzifəni asanlaşdırmağa çalışacağıq. Ümid edirik ki, tərəflər də bunun onların maraqlarına uyğun olduğunu başa düşürlər”, – deyə M.Karpenter əlavə edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
