ABŞ Ukraynanı tək qoydu?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ukraynada Rusiyanın hərbi cinayətləri ilə bağlı beynəlxalq tribunalın yaradılmasının əleyhinədir. Bunun əvəzinə Dövlət Departamenti Ukrayna məhkəmə sistemi daxilində beynəlxalq ekspertləri cəlb etməklə “hibrid tribunal”ın yaradılmasını dəstəkləyir.
Rəsmi Vaşinqton Ukraynanın məhkəmə sisteminə əsaslanacaq belə tribunalın yaradılmasını düzgün variant hesab edir və BMT-nin dəstəyi ilə beynəlxalq institutun yaradılmasında heç bir perspektiv görmür. Sözügedən tribunalın yaradılması üçün BMT Baş Assambleyasının xüsusi qətnaməsi tələb olunmayacaq.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “hibrid tribunal”ın yaradılmasının əleyhinə olduğunu deyib, çünki bu, Putin və Rusiya hökuməti üzvlərindən toxunulmazlığın götürülməsinə zəmanət vermir.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
