Ağ Ev Azərbaycanla bağlı nə etməyə hazırlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə münasibət bildirib.
O keçirdiyi brifinq zamanı deyib ki, Ağ Ev iki ölkə arasında münasibətlərin normallaşması üçün səylərini davam etdirəcək:
“Biz açıq şəkildə Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik”.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dövlət katibi Entoni Blinkenin sülh sazişi üzrə danışıqlar aparmaq məqsədilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul edəcəyini bildirib. Ancaq rəsmi Bakı xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
