Aİ-dən Ermənistan və Azərbaycana çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin Dığ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüflənir.
Bu barədə Avropa İttifaqının bəyanatında bildirilib. Sənəddə qeyd olunub ki, 1991-ci il Almatı Bəyannaməsinə, 2022-ci ilin oktyabrında Praqada əldə olunan öhdəliklərə əməl edilməlidir.
Avropa İttifaqı həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinin vacibliyinə diqqət çəkib. Təşkilat tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışları təkrarladığını bir daha vurğulayıb.
“Avropa İttifaqı bu səyləri ən yüksək səviyyədə dəstəkləməyə davam edir”, – deyə bəyanatda bildirilib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
