Albaniya Prezidenti Bayram Beqayın rəsmi qarşılanma mərasimi olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana rəsmi səfərə gələn Albaniya Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Bayram Beqayı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verib. Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Albaniya və Azərbaycannın Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Bayram Beqayın qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
#Albaniya teqi istifadə olunub
- Albaniyada etirazçılar Baş nazirin dialoq təklifini qəbul etməyiblər
- Baş nazir tələbələri günahsız hesab edir
- Albaniyada davam edən tələbə etirazları fonunda Təhsil Nazirliyinin binası yandırılıb
- Tələbələrin etiraz aksiyası polislə qarşıdurma ilə müşayiət olunub
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
