Pleyeri seçin:
Aleksandr Lukaşenko Belarusun taxta evlər təcrübəsindən danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizdə o qədər taxta-şalban var ki, bu, Azərbaycanda qıtdır. Bu məsələdə təbiət bizi mükafatlandırıb. Biz orada sizin üçün evlər yaratmağa hazırıq”.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
O bildirib ki, Belarusda taxta evlər təcrübəsi geniş yayılıb.
“Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik”, – Belarus lideri əlavə edib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
