Almalıq kəndinin tarixi sirləri | Arxivlər hansı reallıqları ortaya çıxardı?
Ermənistanda sovet dönəmində ləğv edilmiş Almalıq azərbaycanlı kəndinin tarixi XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.
Kənd tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsinin bolşeviklər tərəfindən Ermənistana verildiyi Zəngəzurda yerləşib.
Adları:
çar dövründə - Almalıq, Almaluq, Almalux
sovet dövründə - Almaluq
Kəndin adı XIX əsrin ikinci yarısında Rusiya imperiyasının mənbələrində qeyd edilir. Çar dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi həmin dövrə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
1886-cı ilə aid mənbədə Almalıq nümayəndələri, əsasən, Zəngəzur qəzasında yaşamış sarallı türk tayfasının qışlağı kimi göstərilib. Orada qeyd olunur ki, kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 51 nəfər yaşayıb.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 81 nəfər yaşayıb.
1915-ci ilə olan Qafqaz təqvimi 1914-cü ildə kənddə 465 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə müstəqil erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib.
Arxiv sənədlərinə əsasən, artıq 1917-ci ildə Almalıq kəndi erməni döyüşçülər tərəfindən dağıdılıb.
Etnik təmizləmənin nəticələri 1919 və 1922-ci illərin statistik məlumatlarında öz əksini tapıb; burada Almalıq kəndi dağılmış kimi qeyd olunub.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
