Alman nazirin Ermənistan sərgüzəştləri - QARABAĞ XRONİKASI 124-CÜ BURAXILIŞ
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “Qarabağ xronikası” verilişinin 124-cü buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Şuşa ilə bərabər "Şuşi", Xankəndi ilə bərabər "Stepanakert" adlarını işlətməsinə münasibət bildirilib.
Qeyd edilib ki, A.Berbok Ermənistanda Qarabağdakı separatçı rejim rəhbərləri tərəfindən Qarabağı tərk etməyə məcbur edilən erməniəsilli insanlarla görüşüb, onlara dəstək ifadə edib.
Verilişdə Azərbaycanın suverenliyini silah gücünə pozmağa çalışan, Qarabağda tərksilah edilən 20 min hərbçi və onların ailələrinə dəstək verən A.Berbokun regional problemlərlə bağlı ədalətsiz mövqeyi tənqid olunub.
#Almaniya XİN teqi istifadə olunub
- Aİ Təl-Əvivə qarşı yeni sanksiyalar tətbiq edə bilər - Baku TV
- Moskvanın hədələri Berlini Ukraynaya dəstəkdən çəkindirə biləcəkmi? - Baku TV
- İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı
- İranın ərazi bütövlüyü qorunmalıdır | Almaniyanın xarici işlər naziri
- Almaniya xarici işlər naziri: Macarıstan Avropaya xəyanət etdi
