Pleyeri seçin:

“Anadolu Ankası - 2025” təlimi davam edir | Hərbçilər tapşırıqları yerinə yetirdi

22 may 2025 820 baxış

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası - 2025” beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlcə təlimin planına uyğun olaraq iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı brifinq təqdim olunub.

Plana əsasən, paraşüt hazırlığı və axtarış-xilasetmə üzrə fəaliyyətlər uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi, onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

Banner
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 820 baxış
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 820 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 820 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 820 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 820 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 820 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 820 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 820 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 820 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 820 baxış
Seçilmişlər
icon