Pleyeri seçin:

Anadoludan köçürülən ermənilər Çəmbərəyə necə yerləşdirilib? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

27 dekabr 2023 577 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində XIX əsrin ikinci yarısından başlayaraq əhalisi mənəvi işgəncələrə məruz qalan, hər tərəfdən oğuz yurdu ilə əhatə olunan Çəmbərək rayonu haqqında süjet hazırlanıb.

“Çəmbərəkdə erməni təcavüzünün acı mənzərəsi” adlı süjetdə oğuz türklərinin qədim yaşayış məskəni olan indiki Ermənistan ərazisinə ermənilərin 1828-ci ildə kütləvi surətdə köçürülməsindən, bundan sonra ruslara arxalanaraq ərazinin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmasından bəhs edilir.

Qeyd olunur ki, Çəmbərək rayonu Gəncə-Yelizavetpol quberniyasının Qazax qəzasının Çəmbərək nahiyəsi kimi 1920-ci iln sonunadək Azərbaycanın tərkibində olub:

“Bura ermənilər İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülüb. Çəmbərək rayonunun Azərbaycandan qoparılması Ermənistanda SSR-nin qurulması ilə bağlıdır.

Belə ki, XI rus ordusu Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə və Qaraqoyunlu, yəni 6 min kvadratkilometrlik ərazi Azərbaycandan alınaraq Ermənistan SSR-yə verilib. Bu ərazi bölgədə sovet hakimiyyəti qurulana qədər Çəmbərək adlanıb. Krasnoselo rayonu isə 1937-ci il dekabrın 31-də yaradılıb”.

Vurğulanır ki, 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan rəhbərliyi tərəfindən rəsmi deportasiya başlayıb, ermənilərin növbəti saxtalaşdırma planları daha da asanlaşıb. Müxtəlif qərarlarla rayon üzrə 20-dən çox yer adları dəyişdirilib.

Nəhayət, 1995-ci il aprelin 11-də Çəmbərək rayonu ləğv edilərək Geqarkünik mərzliyinin tərkibinə daxil edilib.

Banner
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 577 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 577 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 577 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 577 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 577 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 577 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 577 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 577 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 577 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 577 baxış
Seçilmişlər
icon