Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqının bir hissəsi olan Almaniya yenilənmiş maliyyə sisteminin işə salınması üçün beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir”.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, iqlim maliyyələşdirilməsi böyük sərmayələr tələb edir, söhbət böyük məbləğlərdən gedəndə isə danışıqlar daha çətin və sərt olur.
“Bu faktı nəzərə alaraq bütün detalları diqqətlə öyrənməliyik. Almaniya və Avropa beynəlxalq iqlim maliyyələşməsində etibarlı tərəfdaş olaraq qalır. Lakin qlobal enerji keçidi və adaptasiya tədbirləri üçün xərclər çox böyükdür ki, bu da qlobal səylər və bütün tərəflərin cəlb olunmasını tələb edir”, – nazir bildirib.
#Almaniya XİN teqi istifadə olunub
- Aİ Təl-Əvivə qarşı yeni sanksiyalar tətbiq edə bilər - Baku TV
- Moskvanın hədələri Berlini Ukraynaya dəstəkdən çəkindirə biləcəkmi? - Baku TV
- İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı
- İranın ərazi bütövlüyü qorunmalıdır | Almaniyanın xarici işlər naziri
- Almaniya xarici işlər naziri: Macarıstan Avropaya xəyanət etdi
