Araikin Gəncə terroru ilə bağlı sözləri Paşinyanı narahat etdi | Məhkəmədə nələr yaşandı?
Yeniliklərdən dərhal xəbərdar olun
Hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədə öz təşəbbüsü ilə söz alaraq Gəncənin gecə vaxtı, insanlar yatdığı halda və deməli, daha çox mülki əhalinin qətli üçün raketlərlə vurulması haqqında qərarı onun vermədiyi haqqında sözləri Ermənistan Baş naziri Nikol Paşinyanı ciddi şəkildə narahat edib.
N.Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində dolayısı ilə bu barədə danışıb.
Belə ki, Araik Arutyunyanın məhkəmə zamanı Gəncə və digər Azərbaycan şəhərlərini vurmağı əmr edən və mülki əhalinin kütləvi qətlinə səbəb olan şəxsin kim olduğunu deyə biləcəyi ehtimalına qarşı N.Paşinyan “hazırlıq” görüb.
İddia edib ki, guya regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən, qadağan olunmuş narkotiklərdən istifadə olunur və həmin məhkəmə Ermənistana qarşı istifadə ediləcək.
Bu sözləri, əslində, N.Paşinyanın etirafı da adlandırmaq olar. Çünki Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı N.Paşinyandır.
Qeyd edək ki, Araik Arutyunyan Gəncəni vurmaq qərarını vermədiyini, bu qərarı verməyə səlahiyyətinin belə çatmadığını məhkəmədə etiraf edib. O, 44 günlük müharibə zamanı Gəncənin vurulmasını özünün əmr etdiyi barədə yaydığı videonu yada salaraq bu videonun çəkilmə səbəbi haqda istintaqa ifadəsində danışdığını bildirib. Eyni zamanda bu hadisəyə görə Azərbaycan xalqından üzr istəyib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
