Pleyeri seçin:

AŞPA-nın Qərbi Azərbaycanla bağlı dərc etdiyi sənəddə nələr nəzərdə tutulub?

20 iyun 2023 287 baxış

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə altkomitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü bəyannamə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.

Bu barədə Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən məlumat verilib.

10 dövlətdən olan, AŞPA-nın üç siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı bəyannamə Avropa Şurasını və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır.

Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışına və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.

Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir.

“Doğma torpaqlarından qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun müdafiəsi və ədalətin təmin edilməsi” başlığı altında yayılan bəyannamədə bildirilir ki, sənədi imzalayanlar etnik təmizləmə və məcburi kütləvi deportasiya nəticəsində azərbaycanlıların məruz qaldıqları haqsızlıqlardan narahatdırlar.

Eyni zamanda Avropa Şurası Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə çağrılır. İcmanın dialoq çağırışlarına cavab verməsi, azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz geri qayıdışını təmin etməsi, onların təhlükəsizliyini zəmanət altına alması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi üçün Ermənistan Respublikası hökumətinə də çağırış edilib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 287 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 287 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 287 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 287 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 287 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 287 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 287 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 287 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 287 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 287 baxış
Seçilmişlər
icon