AŞPA səlibçi, islamofob qurumdur | QAİ-dən təxribata reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı”.
Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
“Biz buna AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinə qayıdış hüququmuzla məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq”, – deyə icmadan qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir:
“Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir”.
#Avropa Şurası Parlament Assambleyası (AŞPA) teqi istifadə olunub
- İslamofobiyanı kimlər necə yayır? - Hikmət Hacıyev Prezidentin müraciətini səsləndirdi
- QAİ AŞPA-nın Prezidenti ilə bağlı bəyanat yaydı | Bunlar mənəvi iflası göstərir...
- XİN AŞPA Prezidentinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialarını pisləyib
- Avropa İnsan Hüquqları Məhkəməsinin heç bir qərarı bizə şamil edilə bilməz | İlham Əliyev
- Gürcüstan nümayəndə heyəti AŞPA-dan geri çağırıldı | Vəziyyət gərginləşir?
