Ayxan Hacızadə Niderlandın qərəzli fikirlərinə münasibət bildirdi
Xarici İşlər Nazirliyi Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri qəbuledilməz hesab edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində bildirilib.
“K.Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir”, – deyə Azərbaycan XİN-in sözçüsü vurğulayıb.
Ayxan Hacızadə deyib ki, sənədlərdə və XİN rəhbərinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir.
“Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırırıq”, – A.Hacızadə vurğulayıb.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
