XİN sözçüsü Ayxan Hacızadədən Qızıl Xaç barədə paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün istifadə edir və BQXK-nin əsas humanitar missiyasına xələl gətirir”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb. O vurğulayıb ki, Azərbaycan bu səbəbdən Qızıl Xaça məxsus nəqliyyatın hərəkətini müvəqqəti dayandırmağa məcbur olub.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə beynəlxalq quruma rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.
Aşkarlanan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
#Ayxan Hacızadə teqi istifadə olunub
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Martin Rayan işində gərginlik | Fransanın bəyanatı Bakıda sərt etirazla qarşılandı - Baku TV
- Azərbaycan cavab verdi | Fransa məhkəməyə müdaxilədə ittiham olundu - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
