Azadlıq meydanına toplaşanların arzusu gerçəkləşdi | Bakı və Xankəndi paradlarının önəmi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın müstəqillik tarixində paradlar olub.
Lakin bu paradlar keçirilən zaman ölkənin torpaqlarının bir hissəsi işğal altında idi. İşğalçıları geri oturdub, əraziləri azad etmək üçün nə ordu vardı, nə mərkəzi hakimiyyət, nə də bu məsələlərə bağlı iqtisadi sabitlik.
Azadlıq meydanında o vaxt toplaşanlar da torpaqları azad görmək istəyirdi. Amma bu, sadəcə istək idi. Bu istəklər illər sonra gerçəkləşəcəkdi.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndə atəşkəsi ona görə təmin edib ki, ordu quruculuğu işi aparılsın və aparıldı da. Azərbaycan Ordusu ildən-ilə güclənib. Daha sonra Prezident İlham Əliyev siyasi kursu davam etdirərək Qafqazın ən güclü Ordusunun Ali Baş Komandanına çevrilib.
2020-ci ildə Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatına başlayıb və döyüş tapşırıqları tam yerinə yetirilib.
Qarabağ separatçılardan tam təmizlənməmişdi. Bu ərazilərdə də təmizlik işləri sonralar uzaqgörənliklə aparılacaqdı. Qondarma Artsax Respublikası, onun separatçı qüvvələri Qarabağdan birdəfəlik yox olacaqdılar. 2020-ci ildə əks-hücum əməliyyatı aparılmışdısa, 2023-cü ildə antiterror əməliyyatı aparılıb. 44 günlük müharibənin zəfər nəticəsi 23 saatda təkrarlanıb.
Tarix göstərib ki, düşünülmüş siyasi qərarların gələcəkdə zəfərlərə çevrilməsi kompleks iş, zəhmət, səbr tələb edir. Ordu quruculuğu, maddi-texniki təchizat, silah-sursatla təminat Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırıb. Həmçinin Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların qorxmadan döyüşlərə atılması, xalqın Qələbə paradlarını görməsi o müqəddəs hissi yaşamasını şərtləndirib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
