Azərbaycan bayrağı Laçın postunda dalğalanır
Yeniliklərdən dərhal xəbərdar olun
İunun 15-i səhər saatlarında Ermənistan Silahlı Qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub.
Təxribat əks istiqamətdəki erməni postundan Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi zamanı baş verib. Düşmən atəşi nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
“Caliber”in “Telegram” kanalı baş verən erməni təxribatının görüntülərini yayıb.
Xəritədən məlum olur ki, hərbçilərimizin bayrağımızı qaldırdığı ərazi Azərbaycanın suveren ərazisidir. Buna rəğmən, ərazidə Rusiya sülhməramlılarının da olmasına baxmayaraq, ermənilər təxribata əl atmaqdan çəkinməyib və hərbçilərimizə atəş açıblar. Lakin təxribatın qarşısı qətiyyətlə alınıb, düşmən cavab atəşi ilə susdurulub və təxribatı törədən iki snayper zərərsizləşdirilib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
