Azərbaycan ərazi bütövlüyünü bərpa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Prezident İlham Əliyevin daha bir qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir. Dövlət başçısının sərt və barışmaz mövqeyi, dəhlizin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapması bunun əyani sübutudur. Məhz bu uğurlu ardıcllığın nəticəsidir ki, bu gün Azərbaycan bayrağı Laçın-Xankəndi yolunda ərazilərimizə nəzarəti bərpa etməyin sübutu kimi qürurla dalğalanır.
Təəssüflər olsun ki, Azərbaycanın öz suveren hüquqlarından istifadə edərək, beynəlxalq hüquqa tam uyğun şəkildə Azərbaycan-Ermənistan sərhədinin Laçın yolu hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırması təkcə Ermənistanı yox, himayədarlarını da narahat edir. Azərbaycana qarşı dünyada kampaniya təşkil edilir, təzyiqlər göstərilir, guya Azərbaycanın Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməsi kimi sərsəm bəyanatlar səsləndirilir. Lakin bu cür qərəzli mövqeyə ən gözəl cavabı da elə Azərbaycan özü verib. Ərazi bütövlüyümüz bərpa edilib, proseslər rəsmi Bakının diqtəsi ilə həyata keçirilir.
#Qarabağ teqi istifadə olunub
- Prezident İlham Əliyevin Qarabağa səfərindən görüntülər - Baku TV
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
