Azərbaycan-Ermənistan sərhədində nə baş verəcək? | ABŞ-dən xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Ermənistandakı səfirliyi səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə getməməyə çağırıb.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin bugünkü açıqlamasında qeyd edilib.
“ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə bütün vacib olmayan səyahətlər qadağandır:
- Göyçə bölgəsi, Basarkeçərin şərqinə,
- Zəngəzur bölgəsi, Gorusun şərqinə,
- Zəngəzur bölgəsi, Qafanın cənubuna,
- Vedi rayonu, Arazdəyən kəndi ilə hərəkət olar, dayanmaq qadağandır.
ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər. Nəzərə alın ki, yolun bəzi hissələrində əvvəlcədən xəbərdarlıq nişanı olmadan beynəlxalq sərhədlər keçilə bilər. Yollar nəzarət-buraxılış məntəqələri tərəfindən idarə oluna və ya xəbərdarlıq edilmədən səyahət edənlərin üzünə bağlana bilər”, – deyə məlumatda bildirilir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
