Azərbaycan Fransa arasında gərginlik: bu işçi qrupu fəaliyyətini dayandırır
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.
Bu barədə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.
“Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır. Ümid edirik ki, Fransa hökuməti reallığı düzgün qiymətləndirərək regionda sülhə töhfə vermək üçün öz xarici siyasətini dəyişəcək”, – S.Məmmədov əlavə edib.
#Fransa teqi istifadə olunub
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Fransa paytaxtının iki rayonunda komendant saatı elan edilib, kütləvi aksiyalara qadağa qoyulacaq
- Fransada saxlanılanların sayı 3 minə çatmaq üzrədir
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
