Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Əli Əsədov Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu bildirib.
İki ölkə arasında fəal siyasi dialoq təqdir edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstək xüsusi vurğulanıb.
İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamika nümayiş etdirdiyi qeyd olunaraq Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkə olduğu diqqətə çatdırılıb. Qarşılıqlı investisiyaların həcminin artırılması ilə bağlı gündəlikdə duran məsələlər nəzərdən keçirilib.
İclasın yekununda iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzaladılar.
#İrakli Kobaxidze teqi istifadə olunub
- Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istismara verildi - Baku TV
- Azərbaycanla əlaqələrə xüsusi önəm verən Kobaxidzedən açıqlamalar - BİZDƏN NƏ DANIŞIRLAR?
- Azərbaycanla Gürcüstan arasında mövcud olan müqavilə 20 il uzadılıb - Baku TV
- Gürcüstan Dünya Şəhər Gündəliyinə sadiq qalır | İrakli Kobaxidze - Baku TV
