Azərbaycan lideri ilə birgə iş barədə razılığa gəlmişik | Rusiya Prezidenti
Yeniliklərdən dərhal xəbərdar olun
“Xəzər dənizi artıq demək olar ki, qurumuş Aral dənizinin taleyini təkrarlamamalıdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin gənc alimlərlə görüşündə deyib.
“Biz heç bir halda Aral dənizində baş verənlərə yol verməməliyik. Orada hər tərəf duzdur, yalnız gölməçələr qalıb. Bilmirəm, hətta səylərimizi birləşdirsək belə nəsə edə bilərik, ya yox, çünki təbiət qüvvətli sistemdir. Lakin buna baxmayaraq, bizdən asılı olan hər şeyi etməliyik”, – deyə o bildirib.
Rusiya lideri əlavə edib ki, səfərləri zamanı Xəzərin dayazlaşması problemini Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə müzakirə edib və Azərbaycan lideri ilə bu istiqamətdə birgə iş barədə razılığa gəlib.
Dövlət başçısının sözlərinə görə, o, artıq Rusiya hökumətinə müvafiq fəaliyyət proqramı hazırlamaq tapşırığı verib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
