Azərbaycan məqsədinə nail olur
Yeniliklərdən dərhal xəbərdar olun
Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən sayca beşinci görüşdə bir sıra məsələlər müzakirə edilib ki, bu da Azərbaycanın növbəti diplomatik qələbəsi kimi səciyyələndirilir.
Xüsusən iki ölkə arasında normallaşma prosesinin irəlilədilməsi, sərhədlərin delimitasiyası ilə bağlı atılacaq addımlar, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, həmçinin əsir düşən əsgərlərimizin tezliklə azad olunmasına dair qarşılıqlı anlaşmanın təmin olunmasının vurğulanması rəsmi Bakının mövqeyini ehtiva edir. Bu isə dialoqun əhəmiyyətini daha da artırır.
Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin bərpa edilməsi üçün dövlətlər qarşılıqlı olaraq bir-birinə hörmət etməlidir. Rəsmi Bakı bu istiqamətdə üzərinə düşən öhdəliyi yerinə yetirir, beynəxalq hüququn fundamental prinsiplərinə sadiqlik nümayiş etdirir. Lakin məhz Ermənistanın təxribat xarakterli addımlar atması prosesin müsbət şəkildə irəliləməsinə mane olur.
Münasibətlərin normallaşmasına zidd olan addımların regionda vəziyyəti gərginləşdirəcəyi də sirr deyil və bu, yalnız Ermənistan üçün zərərli nəticələrə yol aça bilər. Rəsmi İrəvan isə bundan vaxtında nəticə çıxarmalı, sülh prosesinə öz töhfəsini verməlidir.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
