Azərbaycan Ordusu antiterror əməliyyatı təlimində
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində təlim keçirilib.
Təlimdə qoşunların antiterror əməliyyatını keçirmək üçün başlanğıc vəziyyətini tutması, radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması və yerinə yetirilməsi zamanı bölmələrin idarə edilməsi üzrə fəaliyyətlər icra olunub.
Həmçinin müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları praktiki yerinə yetirilib. Döyüş şəraitinə uyğun aerozol maskalanma fəaliyyətləri məşq etdirilib.
Radiasiya, kimyəvi və bioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, eləcə də şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün aşılanması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
#Antiterror əməliyyatı teqi istifadə olunub
- “Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV
- Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV
- Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI
- DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV
- Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd planı ifşa edildi - Baku TV CANLI
