Pleyeri seçin:

Azərbaycan regional minatəmizləmə mərkəzinə çevrilir - Baku TV

03 sentyabr 2026 134 baxış

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı ikinci günündə öz işini davam etdirib.

Tədbirin ikinci günündə "Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası", "Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar" mövzusunda panel sessiyalar, o cümlədən "Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr" mövzusunda ölkə üzrə təqdimatlar keçirilib.

Azərbaycan tərəfindən çıxış edən nümayəndələr bildiriblər ki, ölkəmizin mina fəaliyyəti ilə bağlı səylərinə beynəlxalq dəstəyin miqyası hələ də çox məhduddur. Azərbaycanda minatəmizləmənin maliyyələşdirilməsinin 95 faizi dövlət vəsaitləri hesabına həyata keçirilir, yalnız təxminən 5 faizi xaricdən gəlir və bu balans mütləq şəkildə dəyişdirilməlidir. Çünki müharibənin üzərindən 6 il keçməsinə baxmayaraq, mina təhlükəsi olan ərazilərin 75 faizi hələ də ölüm toxumları ilə doludur. Bu isə insan təhlükəsizliyi və insanların geri qayıdışı baxımından ciddi problemdir.

Qeyd edək ki, Azərbaycan son illər ərzində minatəmizləmənin məlumat və qabaqcıl texnologiyalar vasitəsilə sürətləndirilməsində çox innovativ yanaşma nümayiş etdirib. Süni intellekt, dronlar, peyk təsvirləri, qabaqcıl tədqiqat və xəritələndirmə üsulları, mexaniki minatəmizləmə və məlumat texnologiyaları minatəmizləmənin həm sürətini, həm də təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.

Ölkəmiz mina fəaliyyəti sahəsində regional qabaqcıl mərkəzə çevrilmək niyyətindədir və belə əməkdaşlığa açıqdır. İşğaldan azad edilmiş 12 rayonda daşınmaz əmlak və infrastruktur obyektlərinin inventarlaşdırılması artıq başa çatdırılıb. Əsas məqsəd təhlükəsiz şəkildə təmizlənmiş torpaqları məhsuldar iqtisadi istifadəyə qaytarmaq, insanların yaşaması, biznesin fəaliyyət göstərməsi və investisiyaların dayanıqlı iqtisadi dəyər yaratması üçün şəraitin formalaşdırılmasıdır.

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

Siyasət
10 sentyabr 2026 134 baxış
Diplomat kimin mesajını gətirib?

Diplomat kimin mesajını gətirib?

Siyasət
10 sentyabr 2026 134 baxış
ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV

ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV

Siyasət
10 sentyabr 2026 134 baxış
Azərbaycan BRICS seçimi qarşısında: iqtisadi imkan, yoxsa geosiyasi risk? - AKTUAL GÜNDƏM

Azərbaycan BRICS seçimi qarşısında: iqtisadi imkan, yoxsa geosiyasi risk? - AKTUAL GÜNDƏM

Siyasət
10 sentyabr 2026 134 baxış
Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Siyasət
10 sentyabr 2026 134 baxış
Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Siyasət
10 sentyabr 2026 134 baxış
Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Siyasət
09 sentyabr 2026 134 baxış
Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Siyasət
09 sentyabr 2026 134 baxış
Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Siyasət
09 sentyabr 2026 134 baxış
ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

Siyasət
09 sentyabr 2026 134 baxış
Seçilmişlər
icon