Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Nota cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.
Səfirlik həmçinin Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlayıb.
Rusiya tərəfinə tədbirdə Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu bildirilib, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, hazırda səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir.
#Azərbaycan səfirliyi teqi istifadə olunub
- "The Guardian"a etiraz | Azərbaycan keçmiş münaqişə ilə faktları xatırlatdı - Baku TV
- Naməlum şəxslərin yerləşdirdiyi təxribat xarakterli şəkillərin məqsədi nədir? - ANA XƏBƏR
- Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribata Bakıdan reaksiya - Baku TV
- Rusiya qüvvələri diplomatik korpusun binasından 200-250 metr məsafəni vurub - Baku TV
- İstanbul Bəyannaməsi imzalandı | Yaxın Şərqdə gərginlik artır | Trampdan çağırış - YENİ BİR SƏHƏR
