Pleyeri seçin:

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

05 may 2024 518 baxış

Mayın 4-də xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.

Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.

Mövcud geosiyasi reallıqlar fonunda Şərqlə Qərb arasında yük daşımalarında Orta Dəhlizin əhəmiyyətindən bəhs edilib.

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda da özünü büruzə verdiyi, qardaş ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti, son inkişaflar, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan-Ermənistan Dövlət Komissiyası çərçivəsində əldə edilən nəticələr barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Banner
Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Siyasət
12 oktyabr 2026 518 baxış
İran ideoloji suverenliyimizi sınağa çəkir?

İran ideoloji suverenliyimizi sınağa çəkir?

Siyasət
12 oktyabr 2026 518 baxış
“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

Siyasət
12 oktyabr 2026 518 baxış
Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Siyasət
12 oktyabr 2026 518 baxış
Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Siyasət
12 oktyabr 2026 518 baxış
Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Siyasət
12 oktyabr 2026 518 baxış
"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

Siyasət
12 oktyabr 2026 518 baxış
Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Siyasət
12 oktyabr 2026 518 baxış
Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Siyasət
12 oktyabr 2026 518 baxış
Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Siyasət
12 oktyabr 2026 518 baxış
Seçilmişlər
icon