Azərbaycan üçün səylərinizi səfərbər edin | XİN-dən vacib çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər Nazirliyi Ağdamda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb. Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Ermənistanın yerləşdirdiyi minalar işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir.
“Bu gün Sırxavənd kəndində minanın partlaması nəticəsində ANAMA-nın 27 yaşlı əməkdaşı ağır xəsarət alıb, ayağı amputasiya edilib. Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlər yaradır. Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir!”, – deyə XİN-in məlumatında qeyd olunub.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
