Azərbaycan və Aİ əməkdaşlığı müzakirə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələsi və gələcək əməkdaşlıq istiqamətləri Nyu-Yorkda və Vyanada keçirilən yüksək səviyyəli görüşlərdə geniş müzakirə olunub. Baku TV-nin süjetində qeyd olunur ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissar Marta Kos ilə görüşlər keçirib. Müzakirələrin mərkəzində enerji təhlükəsizliyi, "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi, Orta Dəhliz layihəsi və bərpaolunan enerji sahəsində "yaşıl keçid" məsələləri dayanıb. Tərəflər həmçinin regional təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh prosesi və Aİ-nin regiondakı rolu ətrafında fikir mübadiləsi aparıblar. Bu görüşlər Bakı və Brüssel arasında iqtisadi-siyasi dialoqun dərinləşməsi və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın möhkəmlənməsi baxımından strateji əhəmiyyət kəsb edir.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
